Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyləqanda iki minik avtomobili toqquşdu - Ölən var

Beyləqanda iki minik avtomobili toqquşdu - Ölən var

Tarix: 29 May 2020 13:00

Bakı. Trend:

Beyləqan rayonununda iki minik avtomobili toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


Etiketlər:  Beyləqanda iki minik avtomobili toqquşdu Ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ