Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkobaronun qardaşı Apple şirkətini məhkəməyə verib

Narkobaronun qardaşı Apple şirkətini məhkəməyə verib

Tarix: 30 May 2020 08:36

Narkobaron Pablo Escobar-ın qardaşı Roberto Escobar keçən il çox səs-küy yaratmışdı. Belə ki, o, keçən il özünün Escobar Fold 1 adlı qatlana bilən smartfon modelini satışa çıxartmışdı. Sonradan məlum oldu ki, bu, adi Galaxy Fold smartfonudur. Sadəcə olaraq onun üzərinə stikerlər yapışdırılıb. İndi isə Roberto Escobar, Apple şirkətinin məhsullarının lazımi səviyyədə təhlükəsizliyə sahib olmadıqlarını qeyd edərək şirkəti məhkəmyə verib və eksklüziv iPhone 11 Pro modelini satışa çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.

Roberto Escobar, Apple şirkətini məhkəməyə verərək ondan 2.6 milyard dollar təzminat tələb edir. Roberto-nun sözlərinə əsasən onun 2018-ci ildə əldə etdiyi iPhone X smartfon modeli onun həyatını təhlükə altına atıb. Belə ki, smartfonu alan zaman Apple əməkdaşı qeyd etmişdi ki, bu, dünyanın ən təhlükəsiz smartfon modelidir. Lakin yarım ildən sonra o, Diego adlı şəxsdən təhdid xarakterli məktub əldə edib. Öz məktubunda həmin şəxs qeyd edib ki, o, Roberto-nun ünvanını FaceTime tətbiqi vasitəsilə aşkar edib.

Apple şirkətinə qarşı olan məhkəmə iddiasında Roberto Escobar qeyd edib ki, təhdidlər səbəbilə o öz evindən köçməli olub və öz təhlükəsizliyini təmin etmək üçün çoxlu sayda pul xərcləyib. Bu məsələdə həmçinin onun keçirtdiyi emosional narahatlıqlar da qeyd olunub. Roberto qeyd edib ki, təhdid xarakterli məktubu əldə edəndən sonra o öz istintaqını aparıb və aşkar edib ki, onun iPhone X smartfonu FaceTime tətbiqindəki sistem boşluğu vasitəsilə hack edilib. Beləliklə indi Roberto Escobar, Apple şirkətindən təzminat tələb edir.

Maraqlısı ondadır ki, bu hadisə ilə yanaşı o özünün Escobar Gold 11 PRO adlı yeni smartfon modelinin satışa çıxarılmasını da elan edib. Bu, faktiki olaraq 256 GB daxili yaddaşa sahib iPhone 11 Pro modelidir. Lakin onun gövdəsi 24 karatlıq qızıl ilə örtülüb. Məlumata əsasən sözügedən smartfon guya 499$-a satılır. Bu isə iPhone 11 Pro-nun adi versiyasından qat-qat ucuzdur. Bununla Roberto Escobar sübut etmək istəyir ki, Apple şirkətinin məhsulu əslində öz yüksək qiymət göstəricisinə dəyən bir məhsul deyil.

Milli.Az


Etiketlər:  Narkobaronun qardaşı Apple şirkətini məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ