Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Deputat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib

Tarix: 31 May 2020 12:24

Milli Məclisin deputatı Hikmət Məmmədov xaricdə təhsil alan azərbaycanlı tələbələrin iyun ayı ərzində ölkəyə gətirilməsini təklif edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat qeyd edib ki, xaricdə tədrisin təxirə salınması ilə əlaqədar tələbə yataqxanalarının fəaliyyətini dayandırması səbəbindən tələbələr çətinliklərlə üzləşə bilərlər.

Onun sözlərinə görə, bu baxımdan tələbələrin öz hesabına çarter reysləri vasitəsilə ölkəmizə gətirilməsi məsələsi aktualdır:

"Azərbaycan Prezidentinin də mövqeyi belədir ki, vətəndaşlarımız xüsusi çarter reysləri ilə ölkəmizə gətirilsin. Düşünürəm ki, bu məsələni həll etmək lazımdır".


Etiketlər:  Deputat xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə gətirilməsini təklif edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ