Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”nın illik 6,3 milyon avroluq təklifini qəbul etmədi

“Barselona”nın illik 6,3 milyon avroluq təklifini qəbul etmədi

Tarix: 31 May 2020 13:46

“Barselona” rəhbərliyi Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 2022-ci ildə klubu ilə müqaviləsi başa çatacaq alman qolkiper Kataloniyada qalmağın əleyhinə deyil. Amma tərəflər maddi məsələdə razılığa gələ bilmirlər.

Mənbə iddia edir ki, “Barselona” Ter-Ştegenə illik 6,3 milyon avro (üstəgəl bonuslar) təklif edir. Amma bununla razılaşmayan qapıçı 10 milyon avro tələb edir. Yaxın günlərdə tərəflər arasında yeni danışıqların keçiriləcəyi gözlənilir.

 


Etiketlər:  Barselonanın illik milyon avroluq təklifini qəbul etmədi


RƏYLƏR