Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Tarix: 31 May 2020 14:06

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edilib ki, Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək. Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.

Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!

Milli.Az


Etiketlər:  Müdafiə Nazirliyi Silah gücü düşmənlə danışılacaq yeganə dildir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ