Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 17:08
"Barselona" rəhbərliyi Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,2022-ci ildə klubu ilə müqaviləsi başa çatacaq alman qolkiper Kataloniyada qalmağın əleyhinə deyil. Amma tərəflər maddi məsələdə razılığa gələ bilmirlər.
Mənbə iddia edir ki, "Barselona" Ter-Ştegenə illik 6,3 milyon avro (üstəgəl bonuslar) təklif edir. Amma bununla razılaşmayan qapıçı 10 milyon avro tələb edir. Yaxın günlərdə tərəflər arasında yeni danışıqların keçiriləcəyi gözlənilir.