Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

Milli Məclisin 2020-ci ilin yaz sessiyası bağlı elan edilib

Tarix: 31 May 2020 17:24

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin 2020-ci ilin yaz sessiyasını bağlı elan edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanın yekunları haqqında danışarkən deyib ki, bu müddət ərzində 12 iclas keçirilib, 123 qanun layihəsi qəbul edilib.

S.Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Milli Məclisdə proqram xarakterli tövsiyələrinin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər görülüb.

Spiker bildirib ki, Milli Məclisin aparatında və işlər idarəsində struktur və kadr islahatları aparılıb.

Onun sözlərinə görə, parlamentin aparatında 13 şöbə əvəzinə 9 şöbə, İşlər idarəsində isə 9 şöbə əvəzinə 4 şöbə yaradılıb. S.Qafarova bildirib ki, aparılan islahatlar
parlamentin işinin daha çevik təşkil olunmasına imkan verəcək.


Etiketlər:  Milli Məclisin 2020 ilin sessiyası bağlı elan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ