Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2020 22:26
Zaha Hadid 2004-cü ilin bu günü yəni 31 mayda Pritsker memarlıq mükafatına layiq görülən ilk qadın memar olmuşdur.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu səbəbdən də bu gün National Geographic-in rəsmi saytı onun şedevr əsəri kimi Heydər Əliyev Mərkəzi haqqında foto və məlumatlar paylaşıb.
Məlumatda deyilir: "Pritsker mükafatı laureatı olan Zaha Hadid Sankt-Peterburqdakı Ermitaj Teatrından ayrılanda, portfoliosunda artıq məşhur layihələr var idi: Avstriyanın İnnsbruk şəhərində yenidən qurulmuş xizək atışı və Sinsinnatidə yerləşən (Ohayo ştatı, ABŞ) Müasir İncəsənət Mərkəzi.
2007-ci ildə Azərbaycanın paytaxtında genişmiqyaslı tikinti layihəsinə başlanacaq. Zavodun yerində qeyri-adi qübbələri altında sonradan muzey, konfrans zalları və idarəetmə ofisləri yerləşəcək Mədəniyyət Mərkəzinin təməli qoyulacaqdır.
Bu gün Heydər Əliyev Mərkəzi Azərbaycanın və bakılıların ən sevimli məkanı olaraq qalır".