Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məleykə Abbaszadə: Ailəsində koronavirusa yoluxma halı olan şəxslər imtahanlara buraxılmayacaq

Məleykə Abbaszadə: Ailəsində koronavirusa yoluxma halı olan şəxslər imtahanlara buraxılmayacaq

Tarix: 1 Iyun 2020 12:00

Bakı. İlhamə İsabalayeva – Trend:

İmtahanlara gələnlər ailə üzvləri arasında son 15 gün ərzində koronavirusun olmaması barədə bəyannamə imzalamalıdırlar.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əgər ailəsində koronavirusa yoluxma halı olan şəxs olarsa, onlar iyunda keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcəklər: “Onlar sentyabrda imtahan verərək attestat ala biləcəklər, amma ali məktəblərə qəbul olmaq üçün bu il imtahan verə bilməyəcəklər. Belə hal ilk dəfə baş vermir. Əvvəlki illərdə də suçiçəyi, qızılca kimi xəstəliyi olanlar imtahanlara buraxılmayıblar. Biz insanların təhlükəsizliyini qorumalıyıq və bu, daha vacibdir”.


Etiketlər:  Məleykə Abbaszadə Ailəsində koronavirusa yoluxma halı olan şəxslər imtahanlara buraxılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ