Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq

Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq

Tarix: 1 Iyun 2020 15:16

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib.

Agentlikdən Trend-ə verilən məlumata görə, qida məhsulları idxal edən sahibkarlıq subyektlərinin diqqətinətərəfindən (AQTA) idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə qəbul ediləcək:

"Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib. Eyni zamanda, videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib".

Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.


Etiketlər:  Bu gündən qida təhlükəsizliyi sertifikatının verilməsi elektron qaydada olacaq


RƏYLƏR