Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2020 16:00
Bakı. Trend:
2020-ci il Formula 1 mövsümünün ilk səkkiz mərhələsinin təqvimi açıqlanıb.
Trend-in məlumatına görə, ilk yarış iyulun 5-də Avstriyada baş tutacaq.
Daha sonra Avstriyada ard-arda ikinci mərhələ keçiriləcək.
İyulun 19-da Macarıstan, avqustun 2-də və 9-da Böyük Britaniya, avqustun 16-da İspaniya, avqustun 30-da Belçika və sentyabrda İtaliya Qran priləri keçiriləcək.
Mövsümün digər mərhələləri, o cümlədən Azərbaycan Qran-prisinin tarixi yaxın vaxtlarda açıqlanacaq.