Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozub

Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozub

Tarix: 3 Iyun 2020 09:27

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az


Etiketlər:  Ermənistan sutka ərzində atəşkəsi 23 dəfə pozub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ