Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 11:03
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının nəzdində fəaliyyət göstərən Qadın Sağlamlıq Mərkəzinin uzman həkim-ginekoloqu Serdar Çelik 12 iyun 2020-ci il tarixində saat 15.00-da "Sonsuzluğun müasir müalicə metodları" mövzusunda canlı yayımda çıxış edəcək və sizin suallarınızı cavablandıracaq.
Hospitaldan Trend-ə verilən məlumata görə, Dr. Serdar Çelikin canlı yayımı Mərkəzi Gömrük Hospitalının (https://www.facebook.com/customshospital/) rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.
Qeyd edək ki, Dr. Sərdar Çelik Hospitalın Qadın Sağlamlıq Mərkəzində inseminasiya və süni mayalanma, sonsuzluğun konservativ və cərrahi müalicəsini, normal, patoloji və riskli, hamiləlik təqibini, normal fizioloji və cərrahi doğuşları, laparoskopik ginekoloji əməliyyatları və ginekoloji xəstəliklərin müalicəsini həyata keçirir.
Dr.Sərdar Çelik 2004-cü ildə Türkiyədə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Türkiyə Səhiyyə Nazirliyinin İstanbul Təhsil və Araşdırma Xəstəxanasında qadın xəstəlikləri və doğum fakültəsində uzmanlıq təhsili almışdır. O, 2011-2012-ci illərdə Türkiyə Cümhurriyyətinin İstanbul şəhərində Siirt Baykan Xəstəxanasında, 2012-2014-cü illərdə İstanbul şəhərində VKV Amerika Xəstəxanasında, 2014-2015-ci illərdə İstanbul şəhərində Bahçeci Süni Mayalanma Mərkəzində həkim-ginekoloq kimi işləmişdir.
Dr. Sərdar Çelik 2016-cı ildən Mərkəzi Gömrük Hospitalının Qadın Sağlamlıq Mərkəzində həkim-ginekoloq kimi çalışır. O, Türkiyə Reproduktiv Sağlamlıq və sonsuzluq dərnəyinin, Amerika Reproduktiv Tibb Cəmiyyətinin və Avropa Reproduktivlik və Embriologiya Cəmiyyətinin üzvüdür.