Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 17:30
“Everton”un müdafiəçisi Yerri Mina sıradan çıxıb.
Qol.az xəbər verir ki, 25 yaşlı futbolçu keçən həftə məşqdə zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müayinələrdə futbolçunun sol ayaq əzələsində yırtıq olduğu məlum olub. Minanın bir neçə həftə məşq edə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, kolumbiyalı futbolçu bu mövsüm 29 oyuna 2 qolla yadda qalıb.