Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Hər gün minumum 200 xəstə yeni xəstələrin sırasına daxil olur.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu, TƏBİB-ə Nazirlər Kabineti yanında Operativ Qərargaha yeni müraciət üçün əsas verib: “Müraciətimiz xəritədə yoluxmanın narıncı olduğu sahələrdə həftənin cümə günü axşamdan bazar ertəsinədək küçəyə çıxma üçün məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Təklifimiz Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərləri üzrədir. Qarşıdakı 1-2 ay ərzində bütün həftə sonları və ola bilsin ki, bayram günlərində 2-3 günlük küçəyə çıxmaq qadağası ilə bağlıdır. Bu təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Küçəyə çıxmanın tam məhdudlaşdırılması ilə bağlı təklifimiz beynəlxlq təcrübəyə əsaslanıb".