Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2020 19:48
Bakı. İlhamə İsabalayeva - Trend:
İnsanlar qaydalara əməl edərlərsə, növbəti həftələrin sonunda məhdudlaşdırmalara getməyə bilərik.
Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, daha əvvəl karantin jejiminin yumşaldılması barədə danışılsa da, hazırkı vəziyyət bunu etməyə imkan vermir: “Bizim arzumuzdur ki, vətəndaşlar təlimatlara əməl etsinlər və öz normal həyatımıza geri qayıdaq”.