Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Tarix: 4 Iyun 2020 10:36

Bakı. Trend:

Braziliyada koronavirusa yoluxanların sayı 584 mini keçib, 32 548 nəfər isə bu virusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin son məlumatına görə, ölkədə indiyədək 584 016 nəfərə COVID-19 diaqnozu qoyulub. Təkcə son sutka ərzində yoluxanların sayı 28 633 nəfər təşkil edib.

Son sutkada rekord həddə ölüm faktı qeydə alınıb. Belə ki, ölkədə ötən gün 1 349 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin ümumi sayı 32 548 nəfərə çatıb. Braziliyada sağalanlar isə 238 min nəfərdən çoxdur.


Etiketlər:  Braziliyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb


RƏYLƏR