Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirildi (FOTO)

Tarix: 4 Iyun 2020 10:42

Bakı. İlhamə İsabalayeva - Trend:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi aksiya keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində 3 iyun tarixində İçərişəhərdə gün ərzində bütün ziyarətçilərə İdarənin əməkdaşları tərəfindən tibbi maskalar paylanıb.

Bununla yanaşı, İçərişəhərin ən ziyarət edilən muzeylərindən olan Qız Qalasında çalışan bütün baxıcılar və mühafizəçilər İdarə tərəfindən xüsusi tipli maskalar ilə təchiz ediliblər ki, həmin maskalar bütün qonaqların əlavə təhlükəsizliyini maksimal dərəcədə təmin edəcəklər.

Karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması istiqamətində muzey və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar İdarənin tabeliyində fəaliyyət göstərən muzeylərin, eləcə də ərazinin qala divarları boyunca yerləşən restoranların ofisiantları da müştərilərə gün ərzində həmin xüsusi maskalarda xidmət göstərməsi nəzərdə tutulub.

Qeyd edək ki, bütün bu tədbirlər karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində "İçərişəhər" DTMQ İdarəsi tərəfindən tibbi-profilaktik tədbirlərin gücləndirilməsi və ziyarətçilərin lazımi qaydada səhhətlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.


Etiketlər:  İçərişəhər ziyarətçiləri üçün xüsusi aksiya keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ