Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Klublarımızın yoxlama oyunları ləğv oluna bilər

Klublarımızın yoxlama oyunları ləğv oluna bilər

Tarix: 4 Iyun 2020 15:18

Azərbaycanın klublarının bəzi yoxlama oyunları nəzərdə tutulan vaxtda baş tutmaya bilər.

Qol.az xəbər verir ki, buna səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonları qadağalarını tətbiq etməsidir.

Həftəsonu qadağalarının iyunun 6-8 və 13-15-də də tətbiq olunması nəzərdə tutulur. Buna görə də böyük ehtimlla iyunun 14-nə nəzərdə tutulan "Neftçi" - "Qəbələ", "Qarabağ" - "Səbail", “Sumqayıt” – “Keşlə” və “Sabah” – “Zirə”  görüşləri gerçəkləşməyəcək.

Eyni zamanda iyunun 8-10-u aralığında keçirilməli olan yoxlama görüşlərinin taleyi də sual altındadır.
İyunun 8-də “Sumqayıt” – “Qəbələ”, 9-da “Sabah” - “Qarabağ”, “Neftçi” – “Keşlə”, 10-da isə “Zirə” – “Səbail” görüşləri oynanılmalıdır.
 


Etiketlər:  Klublarımızın yoxlama oyunları ləğv oluna bilər


RƏYLƏR