Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI

Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI

Tarix: 4 Iyun 2020 17:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, cümə günündə dövlə qurumlarında iş saatı 14.00-da bitəcək: “Vətəndaşlar bunu bir bayram kimi qəbul etməsinlər. Bu, vətəndaşlara əlavə vaxt kimi verilir. Həftə sonunda bütün əczaçılıq subyektləri və marketlər tam qapadılacaq. Vətəndaşlar arasında hər hansı təşviş yoxdur. Vətəndaşların zəruri ehtiyaclarını ödəmək üçün bu gün və sabah kifayət qədər vaxtları var”.

R.Bayramlı qeyd edib ki, həftə sonu belə qapanmalar bir necə tətbiq edilə bilər.


Etiketlər:  Həftə sonunda apteklər marketlər tam bağlanacaq TƏBİB AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ