Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyun 2020 18:28
Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, iyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Tər Gül” ticarət mərkəzində 4, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində 14, Nərimanov rayonunda “Gənclik Mall”da 2, Nəsimi rayonunda “28 Mall”da 6 obyektdə, “SSİ retail" MMC-yə məxsus “New Yorker” mağazasında, Suraxanı rayonunda “Cənub Market”də və “Ekonom Market”də, Xəzər rayonunda "OBA Market”də, Mayis Ağayevə məxsus “Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, “Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində “Aptek Bəxtiyar”da, Abşeron rayonunda “Rahat Market”də və “Səma Market”də, Xətai Abbasova məxsus “Şərab evi”ndə, Cəlilabad rayonunda “Bizim İnşaat”, “Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus “Oboy evi”ndə, İsmayıllı rayonunda Elvin Mursəliyevə məxsus “Kafe”də, “Bolluq Market” və “Bol Market”də, Qəbələ rayonunda “Çay evi”ndə, “Oğuz dönər” və “Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda "Sədərək", “Cehizlik aləmi” mağazalarında, "Məxməri çay evi”, "Lider dönər evi” ictimai iaşə obyektlərində və sair ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Qeyd edək ki, mayın 22-dən iyunun 3-dək 3158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.