Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan ''ağıllı'' qolbaq - SCADİ

Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan ''ağıllı'' qolbaq - SCADİ

Tarix: 4 Iyun 2020 21:12

Türkiyənin texnologiya şirkəti Thread in Motion Scadi adlı "ağıllı" qolbağı təqdim edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, koronavirus pandemiyası ilə mübarizəyə dəstək verən qolbaq işçilər arasında 1,5 metrlik məsafəni təhlil edir. Bunun səyəsində istifadəçilər sosial məsafəni rahatca qoruya bilirlər.  

Sənaye texnikaları arasındakı toqquşmaların da qarşısını ala bilən Scadi haqqında açıqlama verən Thread in Motion şirkətinin baş direktoru Qədir Dəmirçioğlu deyib ki, yeni "ağıllı" qolbaq ilə işçilərin sağlamlığını qorumaqla Türkiyəyə xidmət etməyə çalışırlar: "Hazırda fərqli sektorlardan, fərqli markalarla əməkdaşlıq edirik".

Məlumatları mərkəzi bulud sistemində toplayan Scadi BLA (Bluetooth Low Energy) şəbəkəsilə mobil cihazlarla əlaqə yarada bilir.


Etiketlər:  Türkiyə texnologiya şirkətindən sosial məsafəni qoruyan ağıllı qolbaq SCADİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ