Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''a yox, ''Çelsi''yə keçir

''Liverpul''a yox, ''Çelsi''yə keçir

Tarix: 4 Iyun 2020 21:54

"Leyptsiq"in futbolçusu Timo Verner "Çelsi"yə keçməyə yaxındır.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, London klubu 24 yaşlı hücumçunun transferi uğrunda mübarizədə liderdir.

Bildirilib ki, "Çelsi"nin baş məşqçisi Frank Lempard alman oyunçu ilə müqavilə imzalamaq üçün ona dəfələrlə zəng edib. Timonun da onunla maraqlanan "Liverpul"la yox, "Çelsi"yə keçmək istədiyi vurğulanıb.

Qeyd olunub ki, London təmsilçisinin Vernerlə 5 illik müqavilə imzalayacağı gözlənilir. Onun yeni klubunda illik 10 milyon avrodan çox maaş alacağı bildirilir.

 


Etiketlər:  Liverpula Çelsiyə keçir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ