Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir''

''Son günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir''

Tarix: 5 Iyun 2020 12:10

Azərbaycanda əvvəldən görülən sistemli və genişmiqyaslı tədbirlər koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almağa imkan verdi. Lakin son günlərin statistikası, yəni virusa yoluxan insanların sayının sağalan insanların sayını xeyli ötməsi ölkəmizi yenidən virus təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, yoluxmaların artması karantin rejminin mərhələlərlə yumşaldılmasından sonra baş verdi: "Yoluxmaların sayı artıqca, ağır vəziyyətdə olan xəstələrin və vəfat edən insanlarımızın da sayı artır, eyni zamanda xəstəxanalarda həkimlərin yükü xeyli artmış olur. Vəziyyətin bu cür davam etməsi ölkəmizi kritik vəziyyətlə üz-üzə qoya və çoxlu sayda vətəndaşlarımızın həyatını itirməsinə səbəb ola bilər.

Bütün bu hadisələrin baş verməsinin qarşısını almaq üçün karantin rejiminin sərtləşdirilməsinə zərurət yaranır. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərərgahın həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı qərarını doğru addım hesab edirəm. Bu qərar vətəndaşlarımızın sağlamlığını qorumaq və virusub geniş yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Nəzərə almaq lazımdır ki, bu cür tədbirlər dünya təcrübəsində də var və bir sıra ölkələrdə bir ay əvvəlcədən həftə sonları sərt karantin rejimi tətbiq edildi. Bu günə qədər Azərbaycanda bu cür tədbirin həyata keçirilməsinə zərurət olmasa da təəssüflər olsun ki, son günlərin statistikası həftə sonları sərt karantin rejiminin tətbiqini qaçılmaz edir".

A.Həsənova bildirib ki, Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş verməsinə səbəb oldu:

"Vətəndaşlarımız nəzərə almalıdır ki, dövlət tərəfindən görülən tədbirlərin tam müsbət nəticə verməsi üçün hər bir insan üzərinə düşən vəzifəni tam məsuliyyətlə yerinə yeriməli, qaydalara ciddi şəkildə riayət etməlidir".


Etiketlər:  günlərin statistikası həftəsonu sərt karantin rejiminin tətbiqini qaçılmaz edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ