Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 12:48
Bakı. Trend:
Yaponiyada 2021-ci ilin birinci yarısınadək əhalinin koronavirusa qarşı peyvəndi gözlənilir.
Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato deyib.
O bildirib ki, hazırda Yaponiyanın bir neçə əczaçılıq şirkəti və tədqiqat institutları vaksin və dərmanların hazırlanması üzərində işləyir.
Bundan başqa, ABŞ-da koronavirusa qarşı vaksinin bu ilin sonunadək hazır ola biləcəyi deyilir.
ABŞ-ın Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinin direktoru Robert Redfild deyib ki, bir və ya bir neçə vaksinin hazır olması planlaşdırılır.
Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp da vaksinin ilin sonunadək hazır olacağını demişdi.