Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyda kütləvi zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Toyda kütləvi zəhərlənmə - 40 nəfər xəstəxanaya düşdü

Tarix: 11 Iyun 2019 19:09

Bakı. Trend:

Lvovda toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, bağırsaq infeksiyası diaqnozu ilə tibb müəssisəsinə 45 nəfər müraciət edib. Bunlardan 5 nəfərin azyaşlı olduğu deyilir.

40 nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər isə ambulator müalicəyə buraxılıb.

Həkimə müraciət edənlər ürəkbulanma, başağrılarından şikayət ediblər.

Toy mərasiminin keçirildiyi "Çervona Ruta" restoranında ərzaq və hazır yeməklərdən nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Toyda kütləvi zəhərlənmə nəfər xəstəxanaya düşdü


RƏYLƏR