Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

Tarix: 5 Iyun 2020 18:36

Bakı. Trend:

ABŞ aviasiyası “Taliban” radikal hərəkatının mövqelərinə zərbə endirib.

Trend-in məlumatına görə, bu, tərəflər arasında Ramazan bayramı ilə əlaqədar əldə olunmuş atəşkəsdən sonra ilk zərbələr olub.

Qeyd edilib ki, zərbələr “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumlarının qarşısını almaq məqsədi ilə endirilib.

Zərbələr Fərəh və Qəndəhar əyalətlərində reallaşdırılıb. Hadisə nəticəsində həlak olanların olub-olmaması barədə məlumat verilmir.


Etiketlər:  ABŞ Taliban mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib


RƏYLƏR