Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO)

Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO)

Tarix: 6 Iyun 2020 13:15

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyi dünya sivilizasiyasına və Azərbaycan bədii mədəniyyətinə aid nadir sənət incilərilə səciyyələnir. O, iki qədim memarlıq tikililərini birləşdirən müasir şüşəli korpusdan ibarət resublikada yeganə muzey kompleksidir.

Trend-in məlumatına görə, 18 000-dək sənət nümunəsinin mühafizə edildiyi muzeyin zəngin kolleksiyası çeşidli və əhatəlidir. Muzeydə dünya incəsənətinin müxtəlif dövr və geniş coğrafiyasını əks etdirən qiymətli və nadir incilər, o cümlədən milli bədii mədəniyyətimizin “qızıl fondunu” təşkil edən əsərlər saxlanılır.

Muzeydə e.ə. IV minilliyə aid olan genişçeşidli və sənət nümunələrinin sərgiləndiyi “Azərbaycan minilliklər boyu” adlı daimi ekspozisiya fəaliyyət göstərir.

Muzeyin Azərbaycanın mədəni həyatındakı müstəsna əhəmiyyəti ölkə rəhbərliyinin ona göstərdiyi davamlı qayğıda öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2011-ci il tarixli 698 saylı Fərmanı ilə Muzeyə “Milli Muzey” statusu verilmişdir.

2012-ci ildə Azərbaycan Respublikasının irinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə təşkil edilən “Fransa inciləri. Fransız incəsənəti Renessansdan XX əsrədək” sərgisi özünün bədii dəyəri, mövzu dərinliyi və eksponatların zənginliyi ilə səciyyələnərək müstəqil Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Sərgidə Fransanın aparıcı, dünya şöhrətli muzeylərinin eksponatları yer alaraq, çoxsaylı ziyarətçilərə unudulmaz xatirələr bəxş etmişdir. 2017-ci ildə V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan tikmələri” adlı sərgi təşkil edilmişdir. Sərgidə Milli İncəsənət Muzeyinin fondunda saxlanan nadir bədii incilərlə yanaşı, Londonun Viktoriya və Albert Muzeyi, Berlinin İslam İncəsənət Muzeyi, Avropa və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılan misilsiz XVI-XVIII əsrlərdə Azərbaycan bədii nümunələri təqdim etdirilmişdir.

Respublikanın mədəni həyatında önəmli hadisəyə çevrilmiş “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”, “Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgiləri incəsənət vasitəsilə müxtəlif dövlətlər arasında formalaşan mədəni dialoq baxımından çox əhəmiyyətlidir. Milli təsviri sənətimizin görkəmli fırça və tişə ustaları B.Kəngərli, S.Bəhlulzadə, Ö.Eldarov, T.Salahov, M.Rəhmanzadə, M.Abdullayev, T.Nərimanbəyov, C.Mircavadov, H.Əliyev, O.Sadıqzadə, T.Şıxəliyev, N.Əbdürrəhmanov, E.Rzaquliyev və digərilərinin muzeyin fondları əsasında təşkil olunan sərgiləri respublikamızın mədəni həyatında əlamətdar hadisələrə çevrilmişdir.

Son illər ərzində muzey Fransanın “Luvr”, İtaliyanın “Pinacoteca di Brera”, Almaniyanın Berlin Milli, Rusiyanın Ermitaj, Ukraynanın Taras Şevçenko adına Milli, Qazaxıstanın Təsviri sənət, Gürcüstanın Milli muzeyləri və Tbilisi Dövlət İncəsənət Akademiyası ilə sıx əməkdaşlıq münasibətləri yarada bilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi, həmçinin bir sıra sosialyönümlü layihələri davamlı şəkildə yerinə yetirməkdədir. Bunlardan ən önəmlisi sağlamlıq imkanlarından qismən məhrum olan şəxslər üçün çeşidli tədbirlərin təşkilidir.

Azərbaycanın sürətlə inkişaf etdiyi dönəmdə muzey mədəniyyətimizin və incəsənətimizin təbliği, böyüməkdə olan gənc nəsldə milli vətənpərvərlik ruhunun yüksəldilməsi, intellektual və yaradıcı baxışların formalaşmasına yönəlmiş işlər görməkdədir.

Ölkənin mədəniyyəti və ictimai həyatı üçün bu cür önəmli işlərin davamlı şəkildə görüldüyü bir məkan barəsində son zamanlar biri sıra media resurslarında əsassız materiallar səsləndirilməkdədir. Bu cür kölgə salan fikirlərin qarşısını almaq və təşkilatın fəaliyyətinin açıq və şəffaf olduğunu nümayiş etdirmək məqsədilə muzeydə qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədini daşıyan geniş tərkibdə komissiya təşkil edilmişdir.

Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibi Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəngkarlıq bölməsinin müdiri Tofiq Ağababayev, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM-un Azərbaycan üzrə Milli komitəsinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Azərbaycan Xalq rəssamı, rəngkar Cəlil Hüseynov, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının bölmə müdiri Arif Hüseynov, Əməkdar incəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev, Azərbaycan Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, rəngkar Səlhab Məmmədov, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi araşdırmalar şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev, Əməkdar rəssam, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi bərpa şöbəsinin müdiri Natiq Səfərov, Əməkdar mədəniyyət işçisi, Elmi bərpa mərkəzinin müdiri Zərifə Məlikova, Əntiq əşyalar üzrə ekspert Şahin Orucovdan ibarət olmuşdur.

Komissiya tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin fondlarında qorunub saxlanılan, o cümlədən rəssam Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin monitorinqi keçirilmişdir. Monitorinq zamanı, müəyyən edilmişdir ki, əsərlərin hamısı muzeyin İnventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır, onların qorunub saxlanılma şəraiti və vəziyyəti yüksək dəyərləndirilmiş, əsərlərin orijinallığı təsdiqlənmişdir.

Komissiyanın sədri Azərbaycan Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarov çıxış edərək, Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunub saxlanılan əsərlərin saxlanma şəraitindən məmnunluğunu dilə gətirmiş və onların tam şəkildə beynəlxalq standartlara cavab verdiyini vurğulamışdır. O, Səttar Bəhlulzadənin muzeydəki əsərlərinin sayının muzeyin Daxilolma kitabına uyğun olduğunu təsdiqləmişdir. Komissiyanın sədri Ömər Eldarov bütün komissiya üzvləri adından bildirmişdir ki, S.Bəhlulzadənin müəllif olduğu bütün əsərləri həm say, həm də qeydiyyat baxımından düzgündür. Onların orijinallığına şübhə yoxdur, çünki müəllifin dəst-xətti unikaldır, onu təkrarlamaq qeyri-mümkündür və bunu öz imzalarımızla təsdiqləyirik.

Göstərilənləri nəzərə alaraq qeyd edilən komissiyanın üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilmişdir. Protokolda bildirilir ki, 27 may 2020-ci il tarixində bəzi media resurslarında ölkənin aparıcı muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərinin orijinallığına dair iddialar əsassızdır və onlar həqiqəti obyektiv əks etdirmirlər.

Gələcəkdə Azərbaycan Milli İncəsənət Muzeyi barədə məlumatın mediada paylaşılmasından öncə müvafiq dəqiqləşdirmələrin aparılması üçün birbaşa muzeyə müraciət olunması tövsiyə olunur.

Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib (FOTO) - Gallery Image


Etiketlər:  Geniştərkibli komissiya Azərbaycan Milli İncəsənət Muzeyində rəsm əsərlərinin vəziyyətini monitorinq edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ