Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Tarix: 6 Iyun 2020 14:36

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 1,554 milyard dollar olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2020-ci ilin yanvar-aprel ayları üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3 faizə bərabər olub.

Aprel ayında Türkiyənin həmin ölkələrə ixracı 2019-cu ilin apreli ilə müqayisədə 8,9 faiz azalaraq 359,169 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 16,4 faiz azalaraq 928,064 milyon dollar təşkil edib.

Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,3 faizə bərabər olub.

Aprel ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2019-cu ilin martı ilə müqayisədə 51,6 faiz artaraq 140,951 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin aprelində Türkiyənin xarici ticarət dövriyyəsi 22,523 milyard dollar təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında Türkiyənin ticarət dövriyyəsi 120,867 milyard dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 51,662 milyard dollar, idxalı 1 faiz artaraq 69,205 milyard dollar təşkil edib.


Etiketlər:  Türkiyənin türkdilli ölkələrə ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ