Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb - FOTO

Tarix: 6 Iyun 2020 14:40

Adətən tıxac görməyə öyrəşdiyimiz paytaxt yollarının boş olduğu fotolar diqqət çəkib. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Bakının əsas yollarının hazırkı vəziyyətini əks etdirən fotoları BNA-nın mətbuat katibi Mais Ağayev paylaşıb. 

Şəxsi avtomobillərin hərəkətinə qoyulmuş qadağa Bakının prospekt və yollarının tam boşalmasına səbəb olub. Fəaliyyətinə icazə verilən bəzi dövlət qurumlarının əməkdaşları yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət etməlidirlər.  

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.


Etiketlər:  Tıxaca öyrəşdiyimiz yollar bomboş qalıb FOTO


RƏYLƏR