Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 15:32
Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə müqavilənin müddətini uzadacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,bununla bağlı qərar qurumun sabah Lvovda keçiriləcək konqresi zamanı veriləcək. Yeni müqavilə qarşıdakı 2,5 illik dövrü əhatə edəcək. Şevçenko ilə müqavilə Qətərdə keçiriləcək DÇ-2022-nin (21 noyabr - 18 dekabr) sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Şevşenkonun milli ilə müqaviləsi "Avro-2020"nin sonuna qədər idi. Amma koronavirus pandemiyasına görə yarış gələn ilə keçirilib.