Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 17:52
Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən "Papa Johns" pizza restoranının reyd zamanı işlədiyi məlum olub.
Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.