Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2020 14:28
“Barselona” Lionel Messi ilə danışıqlara başlayacaq.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, məqsəd 2021-ci ildə başa çatacaq müqavilənin müddətinin uzadılmasıdır. Danışıqların gələn həftədən start götürə biləcəyi gözlənilir Bildirilir ki, bu, danışıqlarda ilkin mərhələ olacaq. Əsas mərhələ isə yeni mövsümdə başlayacaq.
“Barselona”nı danışıqlarda klub prezidenti Xosep Bartomeu, icraçı direktor Oskar Qrau, Messini isə onun atası Xorxe təmsil edəcək. Argentinalının yeni müqavilədə də əsas istəyi istənilən mövsümün sonunda qüvvədə olan müqaviləni ləğv etmək bəndinin salınmasıdır.