Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 05:32
Bakı. Trend:
Meksika körfəzində formalaşmış "Cristobal" tropik qasırğası ABŞ-ın Luiziana və Florida ştatlarının sahillərinə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğaların İzlənilməsi üzrə Milli Mərkəzindən bildiriblər.
Mərkəz xəbərdarlıq edir ki, "Cristobal" qasırğası Missisipi çayının mənsəbində yerləşən Luiziana ştatının Morqan-Siti şəhərində və Florida ştatının Uolton dairəsində daşqınlara səbəb ola bilər. Yeni Orlean rayonunda (Luiziana ştatı) könüllü təxliyə elan edilib.
Məlumata əsasən, hazırda tropik qasırğa Yeni Orleandan 100 kilometr cənubdadır. Qasırğa daxilində küləyin maksimal sürəti 23,8 m/s ötüb. "Cristobal" ABŞ ərazisindən 3,0 m/s sürət ilə şimala tərəf irəliləyir.