Tarix: 8 Iyun 2020 09:45
“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməsi imkanı əlçatan olub.
“ICTnews” Elektron Xəbər Xidməti “digger.ru” saytına istinadən yazır ki, bütün mediakontenti “Google”un “bulud” saxlanc sisteminə köçürmək üçün Sazlamalar > Facebook-da Sizin informasiyanız > Foto və ya videoların surətinin daşınmasına keçmək lazımdır. Bundan sonra sosial şəbəkənin parolunu daxil etmək və “Google Photo”nu seçmək lazımdır.
Emil Hüseynov