Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 10:00
Ukrayna Futbol Federasiyası millinin baş məşqçisi Andrey Şevçenko ilə bağlı yekun qərarı açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,bunu federasiyanın prezidenti Andrey Pavelko qurumun İcraiyyə Komitəsinin bugünkü iclasından sonra brifinqdə bəyan edib.
O bildirib ki, Şevçenko və onun köməkçilərinin müqaviləsi 2022-ci ilin dekabrın 31-dək artırılıb.
Qeyd edək ki, Şevçenko 2016-cı ildən Ukrayna millisini çalışdırır. Onun rəhbərlik etdiyi komanda Avro-2020-nin final mərhələsinə vəsiqə qazanıb. 43 yaşlı məşqçinin əvvəlki sözləşməsi də məhz Avropa çempionatının sonuna qədər idi. Ancaq qitə birinciliyi koronavirusa görə gələn ilə keçirilib.