Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 12:28
Bakı. Trend:
Boks üzrə dünya çempionu Menni Pakyao Filippində 2022-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu boksçunun promouteri Bob Arum deyib.
Onun sözlərinə görə, M.Pakyao bu barədə ona telefonla bildirib. Boksçu prezident seçiləcəyi təqdirdə B.Arumu andiçmə mərasiminə dəvət edib.
Qeyd edək ki, M.Pakyao 8 çəki dərəcəsində çempion olan yeganə boksçudur. O, 2010-cu ildən Filippin Konqresinin deputatıdır.