Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir

Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir

Tarix: 8 Iyun 2020 13:48

İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verdi.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.

Komitə sədri dedi ki, Ümummilli lideri Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.

Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi, bu yaşayış yerlərin tarixindən danışdı, Muxtar Respublikanın bu bölgəsində ki, sosial-iqtisadi inkişafdan bəhs etdi. Babək qəsəbəsininə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğuladı.

Qeyd olundu ki, Babək qəsəbəsi ümummilli lider tərəfindən 1978-ci ildə yaradılmışdı. Babək qəsəbəsi rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.

Bildirildi ki, Babək rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.

Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqladılar.

Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edildi.


Etiketlər:  Azərbaycanda qəsəbəyə şəhər kəndə isə qəsəbə statusu verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ