Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb (FOTO)

Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb (FOTO)

Tarix: 12 Iyun 2019 10:42

Bakı. Ceyhun Ələkəbərov - Trend:

Qəbələdə Azərbaycan da daxil olmaqla üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilir.

Trend-in məlumatına görə, hazırda baş tutan üçtərəfli görüşdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya iştirak edirlər.

Nazirlər Qəbələ şəhərində Şəhidlər xiyabana gəlib, “Əbədi məşəl” abidəsinin önünə və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi də ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Sonra nazirlər Heydər Əliyev Konqres Mərkəzinə gəliblər. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılır.


Etiketlər:  Qəbələdə Azərbaycan Türkiyə Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb FOTO

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




RƏYLƏR


Populyar Xəbərlər

XƏBƏR LENTİ