Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 15:34
"Zenit"in kapitanı Branislav İvanoviç yayda komandanı tərk edəcək.
Qol.az Serbiya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi Sankt-Peterburq klubu ilə müqavilənin uzadılması ilə bağlı aparılan danışıqda anlaşa bilməyib.
İvanoviçin gələcək taleyi ilə bağlı hələ qərar vermədiyi vurğulanıb. Onun karyerasını bitirməsi və ya Serbiyanın "Srvena Zvezda" klubuna keçməsi gözlənilir.
Qeyd edək ki, serbiyalı futbolçu 2017-ci ildən "Zenit"də oynayır.