Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən bahalı daşınmaz əmlakı bu ölkədə satılıb

Dünyanın ən bahalı daşınmaz əmlakı bu ölkədə satılıb

Tarix: 9 Iyun 2020 10:16

Bakı. Trend:

Monako dünyada ən bahalı daşınmaz əmlakın olduğu ölkə statusunu bu il də özündə saxlayıb.

Trend-in məlumatına görə, Monakoda evin bir kvadrat metrinin qiyməti orta hesabla 48 min avroya bərabərdir.

Monte-Karlo rayonunda isə bu rəqəm 53 min avroya çatır.

Qeyd olunur ki, dünyada Vatikandan sonra ikinci ən kiçik dövlət olan Monako bir çox məşhur şəxs, zəngin iş adamları üçün doğma evdir.

Monako ilə müqayisədə Nyu-Yorkda daşınmaz əmlak qiymətləri iki dəfə, Parisdə 68 faiz, Londonda 60 faiz ucuzdur.


Etiketlər:  Dünyanın bahalı daşınmaz əmlakı ölkədə satılıb


RƏYLƏR