Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ciddi saytlar rəsmi məlumat verməyibsə, deməli, belə bir şey yoxdur'' - Həftəsonu küçəyə çıxma qadağası ilə bağlı TƏBİB-dən reaksiya

''Ciddi saytlar rəsmi məlumat verməyibsə, deməli, belə bir şey yoxdur'' - Həftəsonu küçəyə çıxma qadağası ilə bağlı TƏBİB-dən reaksiya

Tarix: 9 Iyun 2020 12:18

Tibbi qərargahın müraciəti ilə Operativ Qərargahın qərarına əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunub.

Hazırda əhalidə bu həftəsonu da sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlı suallar yaranıb.

Sonxeber.net bildirir ki, qazet.az-ın suallarını cavablandıran TƏBİB-in sözçüsü Rəvanə Əliyeva bildirir ki, müxtəlif KİV-də bu barədə xəbərlər yer almaqdadır.

"Nə gəldi, yazırlar. Məndən də soruşurlar. Yazı göndərirlər ki, filan günlər karantindir. Nazirlər Kabinetinin saytında rəsmi məlumat yoxdursa, yaxud ciddi saytlar Nazirlər Kabinetinə istinadən rəsmi məlumat verməyibsə, deməli, belə bir şey yoxdur. Olacağı təqdirdə də, keçən həftə olduğu kimi brifinq edərək orada açıqlayacağıq", - Rəvanə Əliyeva qeyd edib.


Etiketlər:  Ciddi saytlar rəsmi məlumat verməyibsə deməli belə şey yoxdur Həftəsonu küçəyə çıxma qadağası ilə bağlı TƏBİB dən reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ