Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompüteri gözlə idarə edən elektron eynək yaradıldı

Kompüteri gözlə idarə edən elektron eynək yaradıldı

Tarix: 9 Iyun 2020 22:12

Nəbz ölçən, addım sayan cihazlar barədə tez-tez eşidirik. Yeni yaradılan elektron eynək isə istifadəçilərin beyin dalğaları vasitəsilə sağlamlıqlarını təqib edəcək. Bununla yanaşı, insanlar gözləri ilə oyunları idarə edə biləcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni yaradılan elektron eynək günəş şüaları altında tündləşə bilir.

Eynəyin 3D ölçülü printerlə hazırlanan çərçivəsinə EEG və EOG sensorları yerləşdirilib. EEG sensorları beynin elektrik fəaliyyətini ölçür, paralel olaraq göz hərəkətlərini izləyir. Əldə edilən bütün məlumat işlənir. EEG məlumatı ilə insanın sağlamlığı təqib edilir.

Digər tərəfdən EOG məlumatı sayəsində adam sadəcə göz hərəkətləri ilə tetris oynaya bilirlər. Bu xüsusiyyət sayəsində əllər istifadə edilmədən kompüterlər və ya xüsusi köməkçi alətlər idarə olunur. Bu isə serebral iflic xəstələri üçün bəzi yeni imkanlar təqdim edə bilər. Bundan əlavə, elektron eynəklərin bir qulağında ultrabənövşəyi işıq sensoru var. Əgər gözünüzə sıx halda ultrabənövşəyi şüa gəlirsə, sensor ultrabənövşəyi əngəlləyici geli xəbərdar edir və eynək qaralır. Bunun sayəsində eynək bir anda gün eynəyinə çevrilir.


Etiketlər:  Kompüteri gözlə idarə edən elektron eynək yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ