Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

İmtahana telefonla girən şagird foto çəkib paylaşdı

Tarix: 10 Iyun 2020 17:54

Mobil telefonla imtahan binasına daxil olmağa nail olan 1 nəfər sual kitabçasının şəklini çəkərək sosial şəbəkələrdə yayıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. 

Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.

Bundan başqa, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.


Etiketlər:  İmtahana telefonla girən şagird foto çəkib paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ