Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 02:20
Bakı. Trend:
Almaniya Futbol Kubokunun yarımfinal oyununda Münhen "Bavariya"sı 2:1 hesabı ilə Frankfurtun "Ayntraxt" komandasını məğlub etdi.
Trend-in məlumatına görə, qalib komanda tərəfindən qolları İvan Perişiç (14-cü dəqiqə) və Robert Levandovskiy (74-cü dəqiqə) vurublar. "Ayntraxt" klubundan fərqlənən isə Denni Da Kosta olub (70-ci dəqiqə).
Final matçda "Bavariya" leverkuzenli "Bayer" komandası ilə görüşəcək. Oyun 4 iyul tarixinə planlaşdırılıb.
Xatırladaq ki, "Bavariya" Almaniya Kubokunun 19 dəfə sahibi olub. "Ayntraxt" isə eyni kuboku 5 dəfə qazanıb.
Almaniya futbol çempionatı mayın 16-da koronavirus pandemiyası səbəbindən yaranan fasilədən sonra Avropanın beş aparıcı liqalarının birinci bərpa olunan turniri oldu. Bütün matçlar təhlükəsizlik tədbirlərinə uyğun olaraq - arenada 322 nəfərlik limit şərti ilə tamaşaçısız keçirilir. Komandalar oyun zamanı beş əvəzləmə hüququna malikdirlər.