Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 10:48
Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
Sonxeber.net xəbər verir ki, BŞH-dən Trend-ə verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.
Azərbaycan Qran Prisi hələ də bu ilki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.
BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.