Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 14:38
Fövqəladə hallar nazirinin müavinləri Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın baş verən əraziyə gedib.
Bu barədə Sonxeber.net-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, yanğının söndürülməsi üçün dərha əraziyə nazirliyin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda nazir müavinləri general-leytenant Etibar Mirzəyev və Tapdıq Əmiraslanov, habelə nazirliyin digər aidiyyəti vəzifəli şəxsləri ərazidədirlər.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.