Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Radikal müxalifət videokonfranslarda özü özünü ifşa edir''

''Radikal müxalifət videokonfranslarda özü özünü ifşa edir''

Tarix: 11 Iyun 2020 16:33

Son günlər "Milli Şura" deyilən qurumun və AXCP-nin rəyasət heyətinin bir neçə rəzil formada olan videokonfranslarının şahidi olmuşuq.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

A.Abdulkərimov bildirib ki, canlı yayımda olan videokonfranslarda o qədər küçə jarqonlarından, təhqirlərdən istifadə olunur ki, adam ora baxmaqdan utanır:

"Sonuncu konfranslarda da biz şahidi olduq ki, orada siyasi müxalifət üzvləri də təhqir olunurlar, alçaldılılırlar. Eyni zamanda Azərbaycanın bir regionu bunların konfransında lağlağı obyektinə çevrilib. Cəmil Həsənli hökumətlə dialoqda iştirak edən müxalif partiya rəhbərlərini "triyapqa" adlandırmaqdan da çəkinmədi. Bildiyiniz kimi bu söz kifayət qədər alçaldıcı mənada işlədilir. Düşünürəm ki, hökumətlə dialoqda iştirak edən müxalifət partiyaları özləri də Cəmil Həsənlinin cavabını verməlidirlər, çünki burada onların ünvanına çox ciddi təhqir səsləndirilib".

A.Abdulkərimov bildirib ki, AXCP-nin rəyasət heyətinin videokonfransı da təhqir və söyüşlərlə zəngin idi: "Bu hallar Azərbaycan xalqına əsas verir ki, bu radikal qüvvələri dəstəkləməsinlər. Yəni oponentlərinin onlara qarşı təbliğat aparmasına ehtiyac qalmır. Onlar özlərini getdikcə ifşa etməyə davam edirlər. Əslində bunların hansı məqsədə xidmət etdikləri bəlli idi, biz həmişə vətəndaşlara bunları deyirdik və vətəndaşlarımız da bizi dəstəkləyirdi. Radikal müxalifət videokonfransları ilə özlərini ifşa etdilər. Vətəndaşlar gördü ki, o videokonfranslar hansı küçə söyüşləri ilə gedir, onlar hansı səviyyəyə sahibdirlər, əxlaqa zidd davranırlar. Azərbaycan xalqı heç zaman bu cür qüvvələrə dəstək verməyəcək".


Etiketlər:  Radikal müxalifət videokonfranslarda özü özünü ifşa edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ