Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 20:24
Bakı. Trend:
İtaliyada koronavirus pandemiyasının böyük ziyan vurduğu daşınmaz əmlak bazarını canlandırmaq üçün maraqlı qərar verilib.
Trend-in məlumatına görə, ölkənin cənubundakı Kalabriya vilayətinin Çinkuefrondi qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılıb.
Qəsəbənin canlandırılması ilə bağlı bu plan “Gözəllik əməliyyatı” adını alıb.
Evləri almaq istəyən şəxslərə yalnız bir tələb irəli sürülür. Belə ki, onlar alınan evi 3 il ərzində təmir etdirməlidir.
Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın Kampaniya vilayətinin Bizaçça qəsəbəsində tərk edilmiş evlər 1 avroya satışa çıxarılmışdı.