Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqa derbi ilə bərpa olundu - Yenilənib

La Liqa derbi ilə bərpa olundu - Yenilənib

Tarix: 12 Iyun 2020 02:08

Martın əvvəlindən koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqası bu gecə bərpa olunub.

Qol.az xəbər verir ki, 3 aylıq fasilədən sonra ilk görüşdə "Sevilya"  "Betis"i qəbul edib. 28-ci turun Əndəlüs derbisində meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 50-yə yüksəldən "Sevilya" 3-cü, "Betis" isə 33 xalla 12-ci pilləsində qərarlaşıb. "Barselona" 58 xalla lider, "Real" 56 xalla 2-cidir.

11 iyun

İspaniya La Liqası, 28-ci tur

00:00."Sevilya" - "Betis" - 2:0
Qollar:
Okampos, 56-pen, Fernando, 62

12 iyun

"Qranada" - "Xetafe"
"Valensiya" - "Levante"

13 iyun

"Espanyol" - "Alaves"
"Celta" - "Vilyareal"
"Leganes" - "Valyadolid"
"Mallyorkaa" - "Barselona"

14 iyun

"Atletik" - "Atletiko"
"Real" -  "Eybar""
"Real Sosyedad" - "Osasuna"

 


Etiketlər:  Liqa derbi ilə bərpa olundu Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ